İranın keçmiş şahının oğlu Rza Pəhləvi ölkənin gələcək xarici siyasəti ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, Pəhləvi hakimiyyət dəyişikliyindən sonra İranın İsrail də daxil olmaqla bütün qonşu dövlətlərlə sülh şəraitində yaşamasını istədiyini bildirib.
“Clash Report”un “X” sosial şəbəkəsindəki paylaşımına görə, o, azad İranın öz sərhədlərindən kənara dostluq əlini uzadacağını vurğulayıb. Dominos pizza
Pəhləvi qeyd edib ki, İran xalqı heç bir ölkənin düşməni deyil və ölkənin gələcəyi qarşıdurma deyil, sülh və əməkdaşlıq üzərində qurulmalıdır.
Qeyd edək ki, Rza Pəhləvi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğludur. O, ölkədə İslam Respublikasının süqutundan sonra dünyəvi və demokratik idarəçilik sisteminin qurulmasını müdafiə edir.
Telegram kanalımız