Polşada terror: 5 nəfər öldü, 10 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Polşada terror: 5 nəfər öldü, 10 nəfər yaralandı

Dünya

07 Noyabr 2026 20:01 27


Polşanın Krakov şəhərinin mərkəzində silahlı insident baş verib. Atışma nəticəsində azı 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə noyabrın 7-də, yerli vaxtla saat 15:00 radələrində şəhərin tarixi mərkəzində yerləşən Baş Bazar meydanında qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobillə meydana daxil olan şəxs avtomobildən təsadüfi insanlara atəş açıb. Hadisə zamanı polis əməkdaşları da daxil olmaqla bir neçə nəfər yaralanıb. Marqarita pizza

Polşa polisinin məlumatına əsasən, şübhəli şəxs saxlanılıb. O, polis əməkdaşları tərəfindən güllələnib və xəstəxanaya aparılıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və digər fövqəladə xidmətlər cəlb olunub. Meydana tibbi helikopter də eniş edib. Hüquq-mühafizə orqanları ərazidə əməliyyat tədbirlərini davam etdirib.

Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədəki paylaşımında bildirib ki, Krakovdakı atışma ilə bağlı daxili işlər nazirindən mütəmadi məlumat alır. Polis hadisənin səbəblərini və bütün təfərrüatlarını araşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!