Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub. Sezar pizza
Ərdoğan İranla ABŞ arasında gərginliyin sona çatmasının və mövcud problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb. Türkiyənin sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Türkiyə lideri Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün artan diplomatik səylərin müsbət nəticə verəcəyinə ümid etdiyini deyib. O, bu istiqamətdə aparılan işlərə töhfə verməyə davam edəcəklərini, həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasının vacib olduğunu qeyd edib.
Telegram kanalımız