Özünü vəkil kimi təqdim edən şəxslə bağlı ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Özünü vəkil kimi təqdim edən şəxslə bağlı ŞOK İDDİA

Kriminal

07 Noyabr 2026 20:25 53


Tikinti şirkəti ilə sakin arasında yaşanan mübahisəli mənzil məsələsini həll edəcəyini vəd verən və özünü vəkil kimi təqdim edən Camal Bağırzadə adlı şəxsin ailədən 19 min  manat pul aldığı və problemi həll etmək əvəzinə müvəkkilini sosial şəbəkələrdə şantaj etməyə başladığı iddia edilir.

Bu iddia ilə “Xəzər Xəbər”ə Bakı şəhər sakini Ruhiyyə Qasımova müraciət edib.

Ruhiyyə Qasımova iddia edib ki, hadisə onun övladı İrlanə Qasımovannın başına gəlib. pizza hut

Valideyn iddia edir ki, sonradan məhkəmə iclasında Camal Bağırzadənin vəkil orderinin olmadığı məlum olub. Vəkil order təqdim edə bilmədiyi üçün Nərimanov məhkəməsinin hakimi tərəfindən zaldan çıxarılıb.

Ruhiyyə Qasımova deyir ki, daha sonra rəsmi vəkillə müqavilə bağlanılıb və ailə ilə MTK arasındakı mübahisəli mənzil problemi  öz həllini tapıb. Bundan sonra isə Camal Bağırzadə MTK-nın ailəyə etdiyi ödənişlə bağlı əlavə 25 min manat da tələb edib.

Qarşı tərəfin mövqeyini dinləmək məqsədi ilə Camal Bağırzadə ilə əlaqə saxladıq. Onun cavabı isə belə oldu: "Mənimlə ailənin bağladığı müqavilədə göstərilmişdi ki, Vəkillər Kollegiyasının üzvü olmayan Camal Bağirzadə. Mən ailəyə dedim ki, sizin üçün məhkəməyə hazırlığa qədər çox şey edəcəm. Yəni  MTK ilə danışıqlar aparacam, icra hakimiyyəti ilə danışacam, onların iddiasına qarşı iddialar hazırlayacam. İşin axırında isə siz mənə aldığınız puldan 5 faiz ödəniş edəcəksiniz. Mən Avropa Konvensiyasını, bizim qanunlarımızı bilirəm. Şəkilləri paylaşmağa ailə üzvləri özləri icazə verib".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Xəzər Xəbər"ə bildirdi ki, vətəndaşın özünü vəkil kimi təqdim edən şəxs tərəfindən aldadılaraq pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciəti daxil olub. Müraciət əsasında vətəndaşın zərərçəkən şəxs qismində ifadəsi alınıb. Hadisənin təfərrüatı istintaq predmetidir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!