Türkiyədə hökm sürən soyuq və qarlı hava bir sıra bölgələri ağ örpəyə bürüyüb. İstanbulun yaxınlığında yerləşən ərazilərdə də qar yağışı müşahidə olunur. Bəzi yüksək dağlıq ərazilərdə qar örtüyünün qalınlığı 20 santimetrə yaxınlaşıb.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Sakarya, Karabük, Düzcə, Bolu, Qars, Ağrı və Rizənin yüksək dağlıq ərazilərində qar yağışı təsirli olub.
Karabük-Bartın avtomobil yolunun 1030 metr yüksəklikdə yerləşən Ahmetusta aşırımı, eləcə də şəhər mərkəzindən 23 kilometr məsafədəki Keltepe xizək mərkəzi qar örtüyünə bürünüb. Marqarita pizza
Yol-nəqliyyat hadisələrinin və hərəkətdə çətinliklərin qarşısını almaq məqsədilə yol əməkdaşları ərazidə qar təmizləmə və duzlama işləri aparıblar.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Safranbolu rayonuna gedən turistlər də yolda dayanaraq qarlı mənzərələrin fotolarını çəkiblər. Turist qrupunun bələdçisi İzzet Orhan Özdal qonaqların mənzərədən heyran qaldığını bildirib.
Düzcə vilayətində üç gündür davam edən soyuq hava yüksək dağlıq ərazilərdə qar yağışı ilə müşayiət olunub. Gölyaka rayonundakı 1830 metr yüksəklikdə yerləşən Kardüz yaylasında iki gündür fasilələrlə qar yağır. Burada qar örtüyünün qalınlığı 15 santimetrə yaxınlaşıb.
Telegram kanalımız