ABŞ İraq hökumətindən İranla sərhəddəki keçid məntəqələrinin böyük hissəsinin bağlanmasını tələb edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn “Əl-Cəzirə” telekanalına müsahibəsində açıqlama verib.
Nazirin sözlərinə görə, Vaşinqton Bağdaddan İranla sərhəddəki keçid məntəqələrindən yalnız ikisinin açıq saxlanılmasını, digərlərinin isə bağlanmasını istəyib. pizza sifarişi
İranla münasibətlərə toxunan Hüseyn bildirib ki, Bağdad Tehranla dostluq və müttəfiqliyə açıqdır. Bununla belə, İraq ölkənin daxili işlərinə müdaxiləni qəbul etməyəcəyini qarşı tərəfə çatdırıb.
İraqın xarici işlər naziri regiondakı vəziyyətin yenidən müharibə təhlükəsi yaratdığını bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı vasitəsilə neft ixracının dayanması İraqa təxminən 60 milyard dollar ziyan vurub. ABŞ və İranla əldə olunan razılaşmalardan sonra isə neft daşımaları yenidən bərpa edilib.
Telegram kanalımız