Fransada etirazların yeni dalğası başladı

saytların hazırlanması

Evə çatdırılma

Fransada etirazların yeni dalğası başladı

Dünya

07 Noyabr 2026 20:53 48


Fransada həmkarlar ittifaqlarının çağırışı ilə cümə axşamı keçirilən genişmiqyaslı ümummilli etirazlardan iki gün sonra, bu gün yeni nümayişlər təşkil olunub. Aksiyalar dördüncü həftəsonudur ki, ardıcıl olaraq davam edir və ölkə üzrə gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir.

AZƏRTAC xəbər verir ki, etirazların əsas mərkəzi Paris olaraq qalır.

“Sarı jiletlilər” hakimiyyət orqanlarının yerləşdiyi ərazilərə yaxınlaşmağı planlaşdırırlar. Yeni aksiyaların məqsədi bazar ertəsi səhər Matinyonda hökumət, həmkarlar ittifaqları və işəgötürənlərin iştirakı ilə keçiriləcək sosial konfrans ərəfəsində təzyiqi davam etdirməkdir. Həmin gün günortadan sonra isə lisey şagirdləri və tələbə təşkilatları ilə görüşlər nəzərdə tutulub. Dominos pizza

Parisdə iki aksiya planlaşdırılıb, onlardan biri qadağan edilib. Paytaxtda tələbə təşkilatları – “Union étudiante”, “Fage”, “Unef” və USL, eləcə də CGT, FO, FSU, “Solidaires” və CFDT kimi həmkarlar ittifaqlarının regional birlikləri “Bahalı həyata qarşı və gəncliyin gələcəyi naminə” şüarı ilə icazəli yürüşə çağırıblar. Yürüş cümə axşamı keçirilən aksiya ilə eyni marşrut üzrə, Respublika meydanından “Nation” meydanına qədər davam edəcək.

“Sarı jiletlilər”in koordinasiya qrupu isə həmkarlar ittifaqlarından ayrı hərəkət etmək qərarına gəlib. Təşkilatçılar Konkord meydanında (Place de la Concorde) ayrıca mitinq keçirməyə çağırıblar. Lakin bu aksiya hakimiyyət orqanları tərəfindən qadağan edilib. “Sarı jiletlilər”in interaktiv xəritəsinə əsasən, cümə günü axşam saatlarına olan məlumata görə, ölkənin digər bölgələrində ümumilikdə 120-yə yaxın aksiya planlaşdırılıb.

Təhlükəsizliyin təmin olunmasına 70 min polis və jandarm cəlb edilib. Daxili işlər naziri Loran Nünez bildirib ki, risk səviyyəsi əvvəlki şənbə günlərindəki ilə eynidir. Təhlükəsizlik tədbirləri çərçivəsində 70 mindən çox hüquq-mühafizə əməkdaşı ilə yanaşı, jandarm qüvvələrinin 25 “Centaure” zirehli texnikası və ölkə üzrə 15 su şırnaqlı xüsusi texnika səfərbər ediləcək.

Əməliyyatlara, həmçinin dronlar və helikopterlər cəlb olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!