ABŞ-nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

Dünya

07 Avqust 2026 00:21 88


Səudiyyə Ərəbistanından ABŞ-yə neft idxalı iyul ayında sıfıra düşüb. Bu, 1985-ci ildən bəri tədarükün tam bir ay müddətinə dayandırıldığı ilk haldır.

"Yeni Sabah" bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına əsasən, hələ aprel ayında Vaşinqton Ər-Riyaddan sutkada 600 000 bareldən çox neft satın alırdı. pizza

Agentlik qeyd edir ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazında gəmiçiliyin pozulmasından sonra ABŞ-nin neft emalı zavodları Səudiyyədən tədarükə əvəzedici, o cümlədən ABŞ-dəki yataqlardan yüngül neft markaları axtarmağa başlayıblar.

Bundan əlavə, mövcud vəziyyətdən böyük mənfəət götürən Venesuela olub. Ölkə iyul ayında təxminən 600 000 barel neftini tədarük edib, halbuki hələ ilin əvvəlində bu göstərici 100 000 barel səviyyəsində idi./oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!