ABŞ Dövlət Departamenti Rusiyanın işğalı altında olan Ukraynaya əlavə 550 milyon dollarlıq hərbi yardım göstəriləcəyini elan edib. ABŞ-ın Ukraynaya hərbi yardımının məbləğinin 8,7 milyard dollara çatdığı bildirilib.
Yenisabah.az xəbər verir ki, ABŞ Dövlət Departamenti tərəfindən verilən yazılı açıqlamada, "5 aydan artıqdır Rusiyanın amansız və əsassız hücumuna məruz qalan Ukrayna xalqı öz ölkəsini və azadlığını müdafiə etməkdə dünyaya ilham verir" ifadələri işlədilib.
Rusiyanın təcavüzünə qarşı Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyi vurğulanıb. Dördpendirli pizza
Telegram kanalımız