Abşeronda 1000-ə yaxın ağac əkildi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda 1000-ə yaxın ağac əkildi - FOTOLAR

Sosial

16 Aprel 2022 15:47 423


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Abşeron rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. 

Aksiyada icra hakimiyətinin əməkdaşları və rayonun 15 kənd və qəsəbəsinin bələdiyyə və icra nümayəndəliklərinin üzvləri iştirak edib. Ağacəkmə zamanı ümumi sayı 1000-ə yaxın olan, əsasən çinar, Eldar şamı, Kiparis və digər həmişəyaşıl ağacların əkilməsi həyəta keçirilib. 

Yeni basdırılan ağaclara üzvi gübrə verilib, suvarılıb və lazimi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazi məişət tullantılarından təmizlənib, ümumi iməclik həyata keçirilib. Sezar pizza

Məlumat üçün bildirək ki, rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəkdir. 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!