Türkiyəli televiziyaçı və iş adamı Acun Ilıcalı qatıldığı "Beş çayı" proqramında ailə həyatı və qızları ilə bağlı səmimi açıqlamalar verib.
"Yeni Sabah" xəbər verir ki, 4 qız atası olan Acun Ilıcalı övladlarının həyatında atanın rolundan danışaraq yaşadığı müşahidələri bölüşüb.
"Allah mənə bir-birindən gözəl 4 qız övladı nəsib etdi. Melisa əlimdə böyüdü. Banu ilə isə sanki birlikdə böyüdük. O dünyaya gələndə cəmi 20 yaşım var idi. İndi ailəmiz o qədər böyüyüb ki, lap meksikalılara oxşayırıq", - deyə o bildirib. Marqarita pizza
İlıcalı işi ilə əlaqədar tez-tez kastinqlərdə iştirak etdiyini deyərək atasız böyüyən qızları asanlıqla tanıya bildiyini vurğulayıb:
"Onlar daim özlərini qorumağa və həyata qarşı mübarizə aparmağa məcbur olurlar. Bu da onları daha güclü və özünəinamlı edir. Arxalarında ata yox, həyatın çətinlikləri dayanır. Buna baxanda çox şeydən ibrət götürdüm. Allah bunu mənim qızlarıma yaşatmasın".
Qeyd edək ki, Acun Ilıcalının müxtəlif evliliklərindən Banu, Leyla, Yasemin və Melisa adlı 4 qızı var. O, müsahibələrində övladlarına bağlılığını tez-tez dilə gətirir.
Telegram kanalımız