45 kilo çəki verməsi ilə izləyicilərini şoka salan müğənni Adelin arıqlama sirri ortaya çıxıb.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşı Simon Koneçki ilə boşanan ifaçının sürətlə kilo verməsi izləyicilərin gözündən qaçmayıb.
Belə ki, Adelin Hollivud ulduzu dostu Kameron Diazın məsləhəti ilə xüsusi aşpaz işə götürdüyü öyrənilib. Onun kilo verməsinin başqa bir sirri də sağlam qidalanma olub. Müğənniyə yaxın bir insanın verdiyi məlumata görə o, səhərlər detoks suları içib və idman edib: "Adel hər səhər tərəvəz suyu içib məşq edir. Bəzən o, saat üç-dördə qədər heç bir şey yemir və fasilələrlə oruc tuturdu”. Sezar pizza
Telegram kanalımız