ADY-dən rekord artım: Bir ayda 1,6 milyon tondan çox...

saytların hazırlanması

Evə çatdırılma

ADY-dən rekord artım: Bir ayda 1,6 milyon tondan çox...

Sosial

07 İyul 2026 09:06 59


2026-cı ilin iyun ayında Azərbaycan Dəmir Yolları (ADY) ilə 1,6 milyon tondan çox yük daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 20 faiz çoxdur.

ADY-dən "Yeni Sabah"a verilən məlumata görə, hesabat dövründə tranzit yükdaşımalarının həcmi 707 min tonu ötüb. Bu göstərici 2025-ci ilin iyun ayı ilə müqayisədə 38 faiz artım deməkdir.

Tranzit yükdaşımalarında ən yüksək artım Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzrə qeydə alınıb. Bu istiqamətdə daşınan yüklərin həcmi 67 faiz artaraq 448 min 96 tona çatıb. Dominos pizza

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə isə tranzit yükdaşımalarının həcmi 48 faiz artaraq 47 min 240 ton təşkil edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!