Afət Fərmanqızı və Vəfa Şərifova arasında yaşanan qarşıdurmaya bloqer Sevinc Hüseynova da qoşulub.
"Yeni Sabah" xəbər verir ki, onun Afət Fərmanqızına ünvanladığı "bəsdir, bezdik" mesajından sonra müğənni cavab verməkdə gecikməyib.
O, paylaşdığı videoda Sevinc Hüseynovanın ünvanına sərt sözlər işlədib: Pepperoni pizza
“Sevinc xanım mənə sual ünvanlayıb ki, Afət Fərmanqızı Vəfa Şərifovadan nə istəyir? Məncə, burada sual bir az səhv qoyulub. Sual belə olmalıdır: Vəfa Şərifova Afət Fərman qızından nə istəyir? Siz sualı belə verirsinizsə ki, onda eyni qayda ilə Afət Fərmanqızı da sizə sual verə bilər ki, bəs siz Səidə Bəkirqızından nə istəyirsiniz?
Hansı Səidə Bəkirqızından danışdığım da bəllidir. Əxlaqı, davranışı və danışığı ilə nümunə olan, hər zaman həqiqətləri söyləyən bir xanımdan söhbət gedir. Bəzən onun dediklərini kontekstdən çıxarıb təqdim edirlər. Amma ağlı başında olan hər bir insan anlayır ki, Səidə xanım vətənpərvər bir xanımdır. Belə bir insan haqqında sosial şəbəkələrdə demədiyiniz söz qalmadı”.
Müğənni bildirib ki, Sevinc Hüseynova məsələyə birtərəfli yanaşır:
“Sevinc xanım, sizin müdafiə etdiyiniz Vəfa Şərifovanın banditlərlə əlbir olub məni hədələdiyindən xəbəriniz varmı? Bununla bağlı Rusiyada cinayət işi qaldırılıb. Yaxın vaxtlarda bunun da şahidi olacaqsınız.
Sabag “TikTok”da olacağam. Canlı yayımda Mansur bəy Vəfa Şərifovanın onun haqqında həm mahnı oxuduğunu, həm də ona nalayiq ifadələr işlətdiyini faktlarla nümayiş etdirəcək.
Bir vaxtlar Flora Kərimova ilə məhkəmə çəkişməm olanda da hər gün haqqımda videolar çəkilirdi. Amma nəticədə məhkəmə qərarını verdi və mən bəraət aldım. Siz məhkəmə deyilsiniz ki, mən sizə fakt təqdim edim. Faktlar aidiyyəti qurumlara təqdim olunacaq.
Sonda onu da deyim ki, Səidə Bəkirqızı ilə sadəcə bir şərh polemikam olub. O, bilmədiyi bir məsələ ilə bağlı mənim ünvanıma rəy yazmışdı. Mövzu namus və qeyrətlə bağlı olmadığı üçün mən onu çoxdan unutmuşam.
Amma söhbət sizin Səidə xanımın ünvanına səsləndirdiyiniz fikirlərdən gedirsə, mən tanıdığım Səidə Bəkirqızı bu məsələni mütləq hüquqi müstəvidə davam etdirəcək.
Sevinc xanım, o zaman mən də bu gün çəkdiyiniz videonu sizə xatırladacağam”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız