AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi

İdman

22 May 2026 00:59 158


Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb. Bölgə təmsilçisinin apellyasiya müraciəti Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, 2-ci liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı olub.

Müzakirələrdən sonra “Ağdaş” FK-ya 2026/2027-ci il mövsümündə 2-ci liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsinə qərar verilib./Qol.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!