Ağ Ev miqrantların deportasiyasını videooyuna çevirib

saytların hazırlanması

Evə çatdırılma

Ağ Ev miqrantların deportasiyasını videooyuna çevirib

Maraqlı

07 Sentyabr 2026 12:59 72


Donald Tramp administrasiyası siyasi gündəliyini təbliğ edən retro üslublu oyunlar hazırlayıb.

“Yeni Sabah” xəbər verir ki, sentyabrın 3-də istifadəyə verilən “Arcade” platformasında beş oyun yerləşdirilib.

Ən çox müzakirə olunanlardan biri “Rio Run”dur. “İlan” oyununun mexanikası əsasında hazırlanan oyunda Tramp administrasiyasının sərhəd məsələləri üzrə rəsmisi Tom Homanın rəqəmsal obrazı miqrantları təqib edir və “deportasiya etdikcə” oyunçu xal qazanır. pizza sifarişi

Digər oyun - “Build the Wall” isə “Tetris”ə bənzəyir. Oyunçu ABŞ-Meksika sərhədində divar quraraq oyunda “gələn dəstə” kimi təqdim edilən zombilərin sərhədi keçməsinin qarşısını almalıdır.

Miqrantların saxlanılması və deportasiyasının əyləncə və xal toplama mexanizminə çevrilməsi hüquq müdafiəçilərinin etirazına səbəb olub.

“Frontera Federation” təşkilatının həmsədri Amerika Qarsia Qreval deyib ki, administrasiya illərdir insanların həyatı ilə “oynayır”, indi isə bunu sözün əsl mənasında videooyuna çevirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!