Ağzından çıxanı qulağı eşitmir -   Ən kobud 3 bürc

saytların hazırlanması

Evə çatdırılma

Ağzından çıxanı qulağı eşitmir - Ən kobud 3 bürc

Maraqlı

11 Avqust 2026 20:58 82


Astroloji yanaşmalara görə, bəzi bürclər sakit və təmkinli davranışları ilə seçildiyi halda, digərləri fikirlərini olduqca sərt şəkildə ifadə edə bilir. Xüsusilə mübahisə zamanı sözlərini ölçüb-biçməyən bürclər qarşı tərəfi asanlıqla incidə bilər.

“Yeni Sabah” xəbər verir ki, astroloqların fikrincə, ən kobud davranışları ilə seçilən bürclər arasında Oğlaq pizza, Əqrəb və Qoç xüsusi yer tutur.

Oğlaq pizza

Oğlaq pizzalar adətən ciddi və prinsipial insanlardır. Onlar artıq emosional danışıqdan çox, konkret nəticəyə üstünlük verirlər. Bu səbəbdən söylədikləri bəzən soyuq və kobud səslənə bilər. Qarşı tərəfin hisslərini nəzərə almaqdansa, problemi birbaşa həll etməyə çalışırlar.

Əqrəb

Əqrəblərin əsas xüsusiyyəti fikirlərini gizlətməmələridir. Xoşlarına gəlməyən vəziyyətlə qarşılaşdıqda bunu açıq şəkildə bildirirlər. Xüsusilə incidildikləri zaman kinayəli və sərt ifadələrdən istifadə edə bilirlər. Onların sözləri bəzən davranışlarından daha çox yaralayır.

Qoç

Qoçlar impulsiv və tez reaksiya verən bürclər sırasında göstərilir. Əsəbiləşdikləri anda düşünmədən danışa, səsini yüksəldə və qarşı tərəfə təzyiq göstərə bilərlər. Lakin qəzəbləri çox vaxt uzun çəkmir və sonradan dediklərinə görə peşman ola bilirlər.

Əsmətxanım Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!