“Ahbap”la bağlı 13 nəfər saxlanıldı - Biri məşhur iş adamıdır

saytların hazırlanması

Evə çatdırılma

“Ahbap”la bağlı 13 nəfər saxlanıldı - Biri məşhur iş adamıdır

Dünya

31 İyul 2026 00:42 87


Türkiyədə “Ahbap” dərnəyinə qarşı aparılan istintaq çərçivəsində ifadəsi alınan 7 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi tələb olunub.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən şəxslərin arasında tanınmış iş adamı Hüseyn Başaran da var.

Məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun yoxlamaları 4 əsas istiqamətdə aparılır. Belə ki, böyük məbləğdə ianə ayrılmasına baxmayaraq, tikintisi tamamlanmayan mənzillərlə bağlı şirkət rəhbərləri və dərnəyin satınalma müdiri Deniz Ş. məsuliyyətə cəlb olunub. pizza mizza

Həmçinin qanunsuz əmlak dövrləri və şübhəli çeklərin nağdlaşdırılması ilə bağlı Hüseyn Başaran daxil olmaqla bir neçə şəxs istintaqa cəlb edilib.

Bundan əlavə, dərnəyin sədri və müğənni Haluk Levent ilə şübhəli maliyyə münasibətləri olan şəxslər də araşdırılır.

Qeyd olunub ki, saxlanılan 13 nəfərdən ifadəsi tamamlanan 7 şübhəlinin həbs edilməsi üçün məhkəməyə müraciət olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!