Ali məktəblərə ərizə qəbulu davam edir  

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərə ərizə qəbulu davam edir  

Sosial

15 Aprel 2022 10:50 810


Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə yenidən aktiv edilmiş ərizə qəbulu prosesi davam edir. 

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a bildirilib ki, 98 min 277 nəfər (Azərbaycan bölməsi - 89 min 986 nəfər, rus bölməsi - 8 min 291 nəfər) ərizəsini təsdiqlədib.

Xatırladaq ki, qeydiyyat daha əvvəl martın 4-17-də aparılıb. Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi aprelin 6-dan yenidən aktiv edilib. Pepperoni pizza

Aprelin 25-dək elektron ərizə qəbulunda Bu il buraxılış imtahanı vermiş, lakin martın 4-17-də ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları, ötən il buraxılış imtahanı vermiş lakin martın 4-17-də ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları iştirak edə bilərlər.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!