Alimlər araşdırdı: 5 saatdan az yatanları 37 fərqli xəstəlik gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Alimlər araşdırdı: 5 saatdan az yatanları 37 fərqli xəstəlik gözləyir

Sağlamlıq

13 Oktyabr 2026 09:32 174


Gecə az yatmaq təkcə yorğunluq yaratmır, sağlamlıq üçün də ciddi təhlükəyə çevrilə bilər. Araşdırma göstərib ki, gecə 5 saatdan az yatan insanlarda 37 fərqli xəstəliyə tutulma riski daha yüksəkdir.

“Yeni Sabah” xəbər verir ki, İngiltərədə təxminən 100 min nəfərin məlumatları əsasında aparılan araşdırma yuxu müddətinin insan sağlamlığına təsirini üzə çıxarıb.

9 il davam edən araşdırmada xüsusi cihazlar və süni intellekt vasitəsilə insanların yuxusu izlənilib. Nəticələrə görə, gecə 5 saatdan az yatan şəxslər müxtəlif xəstəliklər baxımından daha riskli qrupda yer alıb. pizza

Alimlər araşdırılan xəstəliklərin əksəriyyəti üzrə ən aşağı riskin gecə 6-8 saat yatan insanlarda olduğunu müəyyən ediblər. Xüsusilə orta yaşlı və yaşlı insanların bu yuxu müddətini qorumasının uzunmüddətli xəstəliklərdən qorunmaq baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Araşdırmada yuxunun REM mərhələsində keçirilən vaxtın artmasının 83 fərqli xəstəliyin yaranma ehtimalının azalması ilə əlaqəli olduğu müəyyən edilib.

Məlumatlara əsasən, REM yuxusunun hər əlavə 47,6 dəqiqəsi demensiya riskinin 46 faiz, Parkinson xəstəliyi riskinin 80 faiz, ürək çatışmazlığı riskinin isə 26 faiz azalması ilə əlaqələndirilib.

Araşdırma zamanı 5 saatdan az yatan insanların 37 fərqli xəstəlik baxımından daha yüksək risk daşıdığı müəyyən olunub. Dərin yuxunun 2-ci tip şəkərli diabet və depressiya kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərə biləcəyi bildirilib. Gecə ərzində tez-tez oyanmağın isə təşviş pozuntusu riskinin artması ilə əlaqəli olduğu qeyd edilib.

Qeyd edək ki, araşdırma müşahidə xarakteri daşıyır. Buna görə də nəticələr yuxu müddətinin və mərhələlərinin bu xəstəliklərə birbaşa səbəb olduğunu sübut etmir. Bununla belə, alimlər müntəzəm və keyfiyyətli yuxunun uzunmüddətli sağlamlıq üçün əhəmiyyətini vurğulayırlar.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!