Alimləri heyrətləndirən kəşf - Yeni meymun növü tapıldı   + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Alimləri heyrətləndirən kəşf - Yeni meymun növü tapıldı + FOTOLAR

Dünya

17 İyul 2026 21:18 70


Kongo meşələrində yeni meymun növü aşkarlanıb. 

"Yeni Sabah" xəbər verir ki, Konqo Demokratik Respublikasının Lomami Milli Parkında aparılan araşdırmalar zamanı elmə indiyədək məlum olmayan yeni meymun növü aşkar edilib.

Araşdırmaya görə, bu meymun ilk dəfə 2008-ci ildə parkın ətrafında yaşayan yerli sakinlər tərəfindən müşahidə olunub. Uzun illər onun digər növlərdən fərqli olduğu düşünülsə də, alimlər apardıqları ətraflı tədqiqatlardan sonra bunun tamamilə yeni növ olduğunu təsdiqləyiblər. Marqarita pizza

Yeni növə ölkənin adına uyğun olaraq "Colobus congoensis" adı verilib. Alimlər bildirirlər ki, bu, son 75 ildə Afrikada rəsmi şəkildə qeydə alınan beşinci yeni meymun növüdür.

Təxminən 7 kiloqram çəkisi olan meymunun qara tükləri, çəhrayı-narıncı dodaqları və gözlərinin ətrafındakı boz rəngli hissə onu digər kolobus meymunlarından fərqləndirir.

Alimlərin sözlərinə görə, bu növün ən maraqlı xüsusiyyətlərindən biri də çıxardığı səslərdir. O, digər kolobus meymunlarından fərqli olaraq nəriltini xatırladan gur səslər çıxarır.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf Konqonun yağış meşələrinin zəngin biomüxtəlifliyini bir daha göstərir. Onların fikrincə, bölgədə hələ də elmə məlum olmayan çoxlu canlı növləri ola bilər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!