Alla Puqaçova daha bir brendindən məhrum oldu

saytların hazırlanması

Evə çatdırılma

Alla Puqaçova daha bir brendindən məhrum oldu

Şou

25 Oktyabr 2026 13:26 88


Rusiyanı tərk edən tanınmış müğənni Alla Puqaçova 1997-ci ildən bəri sahib olduğu "Kristina" brendinin hüquqlarını itirib.

''Yeni Sabah''  "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, həmin ticarət nişanı altında şirniyyat, zərgərlik məmulatları, alkoqollu içkilər, tütün məmulatları, çap nəşrləri və digər məhsullar istehsal oluna bilərdi.

Xatırladaq ki, hələ 2020-ci ildə Puqaçova Yeni Urenqoydan olan qənnadıçı Kristina Martirosyanla bu brend uğrunda təxminən altı ay mübarizə aparmışdı. Qənnadıçı öz tortlarını məhz öz adıyla satmaq istəyirdi. Həmin vaxt pop ulduzu məhkəmədə uduzmuş və Martirosyana özünün "Kristina" brendini yaratmağa icazə verilmişdi. Toyuqlu pizza

Qeyd edək ki, avqust ayında ifaçı həmçinin "Baronessa fon Orbah" brendindən də məhrum olub. Lakin o, hələlik "Alla" ticarət nişanı üzərində hüquqlarını qoruyub saxlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!