Bu gün “Qarabağ” - “Sabah” oyunu var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün “Qarabağ” - “Sabah” oyunu var

İdman

25 Oktyabr 2026 13:01 90


Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.

“Yeni Sabah” xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə Yevlax şəhr stadionunda “İmişli” “Şamaxı”nı qəbul edəcək. pizza

Turun mərkəzi qarşılaşması olan “Sabah” – “Qarabağ” oyunu da bu günə təsadüf edir. Hazırda “Sabah” 19 xalla lider, “Qarabağ” isə 17 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib. Bu görüş çempionluq uğrunda mübarizə aparan hər iki komanda üçün olduqca əhəmiyyətlidir.

25 oktyabr (bazar)

15:00. “İmişli” – “Şamaxı”

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)

Yevlax şəhər stadionu

18:00. “Sabah” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov  (VAR), Teymur Teymurov (AVAR)

Mərdəkan. “Dalğa Arena”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!