Autizmli uşağa zorakılıq edildiyini bu əlamətlərdən bilmək olar

saytların hazırlanması

Evə çatdırılma

Autizmli uşağa zorakılıq edildiyini bu əlamətlərdən bilmək olar

Sosial

25 Oktyabr 2026 11:07 185


Autizmli uşaqların davranışlarında baş verən dəyişikliklər bəzən onların yaşadıqları çətinliklərin və ya zorakılığa məruz qalmalarının əlaməti ola bilər. Belə uşaqlar hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdikləri üçün onların davranışlarına diqqətlə yanaşmaq vacibdir.

“Yeni Sabah” xəbər verir ki, bunu psixoloq Vüsalə Rüstəm bildirib.

Onun sözlərinə görə, autizmli uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar qrupuna daxildir və onların təlim-tərbiyəsi zamanı fərdi xüsusiyyətləri nəzərə alınmalıdır: Sezar pizza

''Əvvəllər sağlamlıq imkanları məhdud, sonralar xüsusi qayğıya ehtiyacı olan uşaqlar adlandırılan bu qrupa autizmli uşaqlar da daxildir. Autizmli uşaqların da xüsusi qayğıya ehtiyacı var. Onlar reabilitasiya mərkəzlərində təlim və tərbiyə alır, psixiatrın təyinatı ilə müalicə qəbul edirlər. Məqsəd onların məktəbəqədər təhsil müəssisələrində hazırlıq keçməsi və daha sonra xüsusi məktəblərdə və ya digər təhsil müəssisələrində oxuya bilməsidir. Bu uşaqlar xüsusi məktəblərdə, inklüziv təhsil verən müəssisələrdə təhsil ala, vəziyyətləri ağır olduqda isə evdə təhsilə cəlb edilə bilərlər. Autizmli uşaqların sağlamlıq imkanları məhdud olmayan digər uşaqlarla birlikdə təhsil alması müəyyən çətinliklər yarada bilər. Buna görə də məktəbəqədər təhsil müəssisələrində onlarla düzgün təlim-tərbiyə işinin aparılması vacibdir. Bu, müsbət nəticələrin əldə olunmasına kömək edir. Müəllimlər mütləq inklüziv təhsil üzrə hazırlıq keçməli və bu sahədə məlumatlı olmalıdırlar. Onlar həm psixologiyanı, həm də psixopedaqogikanı bilməlidirlər. Eyni zamanda, zərurət yarandıqda loqopediya və erqoterapiya sahəsində də müəyyən biliklərə sahib olmalıdırlar''.

V.Rüstəm autizmli uşaqların zorakılığa məruz qaldıqlarını davranışları ilə göstərə biləcəklərini də bildirib. Onun sözlərinə görə, belə hallarda uşaqların reaksiyalarını diqqətlə izləmək lazımdır:

''Xüsusi bağçalarda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək üçün hazırlıqlı müəllimlər fəaliyyət göstərirlər. Onlar mütəmadi təlimlərə qatılmalıdırlar. Belə uşaqların olduğu qruplarda uşaq sayı çox olmamalıdır. Qrupda maksimum 10 uşağın olması, onlardan üçünün xüsusi qayğıya ehtiyacı olan uşaq, yeddisinin isə digər uşaqlar olması məqsədəuyğundur. Həmçinin uşaqlar daim psixoloqun nəzarətində saxlanılmalı və müşahidə edilməlidir. Zərurət olduqda qrupda əlavə köməkçi müəllim də olmalıdır. Bunlar vacib şərtlərdəndir. Uşaq qışqıranda və ya ağlayanda ona sevgi və diqqət göstərilməlidir. Hər uşağın özünəməxsus davranış xüsusiyyətləri var. Autizmli uşaqlarla ünsiyyətdə də onların fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Müəyyən hallarda müəllim səs tonunu yüksəldə bilər, lakin bu, digər uşaqların psixologiyasına mənfi təsir göstərməməlidir. Uşaq zorakılığa məruz qaldıqda, sağlamlıq imkanları məhdud olmayan uşaqlar bunu sözlə ifadə edə və ya davranışları ilə hiss etdirə bilərlər. Məsələn, evdə aqressiv davrana bilərlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da zorakılığa məruz qaldıqlarını davranışları ilə göstərə bilərlər. Məsələn, kimsə onları qucaqlamaq istəyəndə həmin şəxsdən uzaqlaşa və ya əl qaldırıldıqda bunu yenidən döyüləcəkləri kimi qəbul edərək qorxa bilərlər. Yəni, belə uşaqların məruz qaldıqları zorakılığın əlamətləri onların davranışlarında özünü göstərə bilər''.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!