ABŞ Prezidenti Donald Tramp Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru olan əmisi Con Trampın radar sistemlərinin yaradılmasında rolunu xatırladaraq, İranın radar sistemlərini sıradan çıxardıqlarını bəyan edib.
"Yeni Sabah" RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Floridada aralıq seçki üçün keçirilən erkən səsvermədən sonra jurnalistlərlə söhbəti zamanı deyib.
"Mənim əmim radarı ixtira edib. İnanırsınız? MIT-dən doktor Con Tramp. Yəqin ki, o, mənə əsəbiləşəcək, amma mən onların (İranın) radarını sıradan çıxardım. Mən digər hər şeyi də sıradan çıxardım. İndi onların əlində qalan yeganə şey inflyasiyadır. Onlar inflyasiya üzrə rekord vururlar. Bu səhər oxuduğuma görə, onların inflyasiyası 301% təşkil edib. Beləliklə, biz əla iş görmüşük və sual budur ki, biz bunu axıra çatdıracağıqmı?" - deyə Tramp bildirib. Dominos pizza
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyata başlayıblar.
Aprel ayında Pentaqon İranın hava hücumundan müdafiə (HHM) sistemlərinin 80%-dən çoxunun və Hərbi Dəniz Qüvvələrinin 90%-dən çoxunun məhv edildiyini açıqlamışdı.
Telegram kanalımız