Almaniya kanslerinə cavab: “Bu, bizim torpağımızdır”

saytların hazırlanması

Evə çatdırılma

Almaniya kanslerinə cavab: “Bu, bizim torpağımızdır”

Dünya

28 Aprel 2026 15:18 145


Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov ölkəsinin ərazi bütövlüyü prinsipindən imtina etməyəcəyini bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri o, Almaniyanın kansleri Fridrix Merzin bəyanatı ilə bağlı deyib.

Sonuncu şəxs Ukrayna münaqişəsinin həlli ilə bağlı çıxışında müharibənin dayandırılması üçün diplomatik yolların vacibliyini qeyd edərək, müəyyən kompromislərin mümkünlüyünə işarə edib:

"Ukrayna müəyyən bir vaxtda atəşkəs müqaviləsi imzalayacaq; ümid edirik ki, müəyyən bir vaxtda Rusiya ilə sülh müqaviləsi imzalayacaq. O zaman bəlkə də ərazisinin bir hissəsi Ukraynanın olmayacaq".

Rəsmi Kiyevin təmsilçisi K.Budanov bildirib ki, Ukrayna heç vaxt öz torpaqlarından imtina etməyəcək və işğalı tanımayacaq: “Bu, bizim torpağımızdır, biz onu heç vaxt alver mövzusuna çevirə bilmərik”.

O vurğulayıb ki, rəsmi Kiyev üçün ərazi bütövlüyü danışıqlar mövzusu deyil və bu istiqamətdə hər hansı güzəşt mümkün hesab olunmur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!