Baş nazirdən YENİ QƏRAR - Dövlət şirkətlərinin idarəetmə qaydaları DƏYİŞDİ

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən YENİ QƏRAR - Dövlət şirkətlərinin idarəetmə qaydaları DƏYİŞDİ

Siyasət

06 Noyabr 2026 18:21 302


Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqi üçün zəruri tədbirləri Maliyyə Nazirliyi həyata keçirəcək.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişiklik AZCON və Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan səhmdar cəmiyyətlərə şamil edilmir. pizza mizza

Qərar dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarına, gəlir və xərc smetalarının icrasının monitorinqinə, habelə xalis mənfəətin bölüşdürülməsi və dividend siyasətinə dair qaydaları təsdiqləyən Prezidentin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!