Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var

Hadisə

06 Noyabr 2026 18:49 85


Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki 337 saylı orta məktəbin qarşısında 162 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşıdakı "Opel" markalı avtomobilə çırpılıb. Dominos pizza

Zərbənin təsirindən "Opel" də yoldan çıxaraq yol kənarında olan piyadanı vurub. Avtobusda da xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!