Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? - AÇIQLAMA

Siyasət

06 Noyabr 2026 19:03 401


Türkiyə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin “Rusiyanı Türk Dövlətləri Təşkilatına daxil edək” təklifini rədd edib.

Hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını belə əsaslandırıb: “Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya bu tələbə cavab vermir. 1993-cü ildə təsis olunan TÜRKSOY-a Rusiyadan Altay, Tuva, Çuvaş, Başqırdıstan,Yakut və Tatarıstan da qatılmışdılar. Ancaq Rusiya Federasiyasi 2015-ci ildə aldığı qərarla bu bölgələrin TÜRKSOY-dakı fəaliyyətlərini dondurdu”.

TDT son illərdə yalnız ortaq dil, tarix və mədəniyyət əsasında əməkdaşlıq edən qurum olmaqdan çıxaraq iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal bağlantılar və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu regional platformaya çevrilir. Türkiyənin Mərkəzi Asiyada fəallığının artması, Azərbaycanın Orta Dəhlizdəki mövqeyi və türk dövlətləri arasında əlaqələrin genişlənməsi bu təşkilata beynəlxalq marağı artırır. Moskva isə postsovet məkanında baş verən dəyişikliklər fonunda Mərkəzi Asiya və Cənubi Qafqazdakı proseslərdən kənarda qalmaq istəmir. Sezar pizza

Amma AKP-dən verilən açıqlamadan görünür ki, Türkiyə Rusiyanı Mərkəzi Asiyaya, Türk dünyasına yaxın buraxmaq istəmir...

Deputat Elşad Musayev hesab edir ki, Kürşad Zorlunun (AKP) bu mövqeyinin arxasında TDT-nin sıradan regional əməkdaşlıq platforması deyil, türk dövlətlərinin ortaq siyasi və strateji təşkilatı olması dayanır: "Zorlu isə Rusiyanın iştirakına tamamilə qarşı çıxmayıb. O, təşkilatın mövcud qaydalarını xatırladıb. AKP rəsmisi açıq deyib ki, müşahidəçi statusu almaq istəyən dövlət türk və ya qohum dillərdən birini ölkə miqyasında dövlət və ya rəsmi dil kimi qəbul etməlidir. Rusiyada isə ikinci rəsmi dil yoxdur. Rusiyada tatar, başqırd, sax və digər türk xalqlarının dilləri mövcud olsa da, onların heç biri bütün Rusiya Federasiyasının dövlət dili deyil. Buna görə də Rusiyanın indiki qaydalarla müşahidəçi olması mümkün deyil. Zorlunun mövqeyi Rusiyanın TDT ilə əməkdaşlığına deyil, onun təşkilata hansı hüquqi statusla daxil ola biləcəyinə aiddir".

Deputat qeyd edib ki, Rusiyanın üzvlüyü Avrasiya təsirinin genişlənməsinə gətirib çıxara bilər: "Türkiyə türk dövlətləri ilə Rusiya arasında daha mühüm diplomatik vasitəçiyə çevrilə bilər. Bizə gəldikdə, Azərbaycanın Rusiya, Mərkəzi Asiya və Türkiyə ilə ticarət və logistika əlaqələri üçün əlavə platforma yarana bilər. Sadəcə, TDT-nin əsas məqsədi türk dövlətlərinin öz aralarında əməkdaşlığını gücləndirməkdir. Rusiya bu prosesə həddindən artıq təsir göstərsə, təşkilatın ilkin məqsədi arxa plana keçə bilər. TDT daxilində Rusiyanın təsirinin artması bu balansı çətinləşdirə bilər. Təşkilatın qərarlarında Ankara və Bakının ortaq mövqeyinin qorunması vacibdir"./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!