Əlövsət Polad vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Əlövsət Polad vəfat etdi - FOTO

Sosial

06 Noyabr 2026 17:31 295


Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə. Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndində anadan olub. 1973-cü ildən rayonun mətbuat orqanı "Gündoğar" qəzetində çalışıb, eyni zamanda Azərbaycan radiosunun "Xəbərlər" proqramı ilə əməkdaşlıq edib. Toyuqlu pizza

1990-cı ildən bədii yaradıcılığa başlayıb. "Bitməmiş povestlər" (2004), "Mənim dünyam", "Yazılan qalır", "Qalan yazılarım", "Narahatlıq", "Qurama", "Qiyamət" (2017) və "Ölümə hazırlıq" kimi kitabların müəllifidir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!