Almaniyanın xarici işlər naziri Annalena Berbok Asiya ölkələri, xüsusilə Cənubi Koreya və Yaponiya ilə daha sıx iqtisadi əlaqələrin inkişaf etdirilməsini zəruri hesab edir.
Yenisabah.az Thepioneer.de-yə istinadla xəbər verir ki, XİN rəhbəri əlavə edib:
“Həmin ölkələrlə daha sıx iqtisadi əlaqələrin qurulması, fikrimcə, öz asılılığımızı da azaldacaq”, - Burbok bildirib. Dominos pizza
Çin mövzusuna toxunan mazir bir daha təkcə insan haqları ilə bağlı vəziyyəti deyil, həm də bəzi alman şirkətlərinə münasibəti tənqid edib. Onun sözlərinə görə, bəzi müəssisələr üçün Çində istehsalın mümkünlüyü, başqa şeylərlə yanaşı, onların ticarət sirrinin açıqlanması deməkdir:
"Biz Çindəki bütün istehsalları çox fəal şəkildə təsdiqləyirik, lakin burada Cənubi Koreya, Tayvan və Yaponiya da var. Əgər Almaniya öz suverenliyini möhkəmləndirmək istəyirsə, o zaman təkcə Avropada hasilatı təşviq etməklə yekunlaşmamalı, eləcə də digər Asiya ölkələrini də nəzərə almalıdır. Qloballaşan dünyada Avropada hər şeyi istehsal etmək sadəcə olaraq mümkün deyil".
Telegram kanalımız