Almaniyada İŞİD-ə qarşı əməliyat keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada İŞİD-ə qarşı əməliyat keçirilir

Dünya

31 May 2023 17:56 659


Almaniyanın Cinayət İşləri üzrə Federal İdarəsinin əməkdaşları İŞİD tərəfdarlarına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirir.

Yenisabah.az “Bild” qəzetinə istinadla xəbər verir ki, gün ərzində Almaniyanın 12 federal bölgəsində axtarışlar aparılıb.

Söhbət terror fəaliyyətinin maliyyələşdirilməsi və dəstəklənməsindən gedir. Lakin indiyə qədər Almaniyada konkret terror aktlarının planlaşdırılıb-planlaşdırılmadığı bəlli deyil. Sezar pizza

Axtarışlar Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin bir neçə bölgəsində də aparılır. Reydlər Berlində də keçirilib.

Əməliyyata xüsusi təyinatlılar cəlb olunub. Ümumilikdə hüquq-mühafizə orqanları 100-dən çox insanı hədəfə alır. Almaniya Prokurorluğunun elan etdiyi kimi, artıq yeddi şübhəli şəxs həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!