Almaniyada qeydə alınan kəskin istilər zamanı ötən həftəsonu su hövzələrində çimən ən azı 26 nəfər boğularaq həyatını itirib.
"Yeni Sabah" xəbər verir ki, bu statistik məlumatları Almaniyanın Suda Xilasetmə Cəmiyyəti (DLRG) yayıb.
Həlak olanların hamısının yetkinlik yaşına çatmış kişilər və yeniyetmə oğlanlar olduğu bildirilir. DLRG-nin siyahısına kimliyi məlum olan, lakin axtarış tədbirləri heç bir nəticə verməyən itkin düşmüş şəxslər də əlavə edilib. Qurumun hesabatına əsasən, fərqli su obyektlərində çimərkən təhlükə ilə üzləşən daha səkkiz nəfər reanimasiya şöbəsinə yerləşdirilib. pizza hut
İyunun 28-də Almaniya Meteorologiya Xidməti (DWD) növbəti temperatur rekordunu rəsmiləşdirib - Almaniya-Polşa sərhədində, Brandenburqun Koşen bölgəsində hava 41.7 dərəcəyə qədər qızıb. Ekstremal istilər bütün ötən həftə ərzində ölkənin hər yerində davam edib və yalnız bazar ertəsi günü azalmağa başlayıb./Oxu.az
Telegram kanalımız