Ana bətnində görünməyən təsir - Körpələrdə fərq aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Ana bətnində görünməyən təsir - Körpələrdə fərq aşkarlandı

Sosial

25 Sentyabr 2026 19:46 98


Gündəlik həyatda istifadə etdiyimiz bəzi kimyəvi maddələr hamiləlik zamanı körpənin inkişafına təsir göstərə bilər.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-da aparılan araşdırmada hamiləlik dövründə aromatik aminlərə və nikotin təsirinə daha çox məruz qalan qadınların körpələrində vizual diqqətlə bağlı fərqli göstəricilər müşahidə olunub.

Araşdırmaya 250 ana-körpə cütü daxil edilib. Körpələr təxminən 7,5 aylıq olduqda onların göz hərəkətləri xüsusi texnologiya ilə izlənilib. Pepperoni pizza

Məlum olub ki, bəzi kimyəvi maddələrə daha çox məruz qalan anaların körpələri görüntülərə daha gec uyğunlaşıb. Alimlər bunun erkən yaşlarda vizual diqqətlə bağlı fərqliliyə işarə edə biləcəyini bildirirlər.

Araşdırmada plastik, boya, rezin məhsulları, bəzi pestisidlər, siqaret və dizel tüstüsü kimi mənbələrə diqqət çəkilib.

Tədqiqatçılar isə vurğulayırlar ki, nəticələr hələ birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir və bu istiqamətdə əlavə araşdırmalara ehtiyac var.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!