Bir sıra ginekoloji xəstəliklər heç bir əlamət vermədən uzun müddət orqanizmdə inkişaf edə bilər.
"Yeni Sabah" xəbər verir ki, mütəxəssislərin məlumatına görə, infeksion xəstəliklər, HPV, uşaqlıq miomaları, poliplər və uşaqlıq boynunun displaziyası bəzi hallarda simptomsuz keçir və yalnız profilaktik müayinələr zamanı aşkarlanır.
Xüsusilə xlamidioz, ureaplazmoz, mikoplazmoz və qonoreya kimi infeksiyalar heç bir ciddi narahatlıq yaratmadan inkişaf edə bilər. Lakin vaxtında aşkarlanmadıqda iltihabi proseslərə, bitişmələrə və nəticədə sonsuzluğa səbəb ola bilər. pizza mizza
HPV və genital herpes də uzun müddət orqanizmdə gizli qala bilər. İmmunitetin zəifləməsi fonunda isə xəstəliklər özünü göstərə bilər.
Bundan başqa, mioma, fibroma və poliplər kimi yeni törəmələr də uzun müddət simptomsuz gedə bilər. Uşaqlıq boynundakı dəyişikliklər də bəzi hallarda qadın tərəfindən hiss olunmur və vaxtında nəzarət edilmədikdə ciddi fəsadlara yol aça bilər.
Həmçinin, qadın sağlamlığı hormonlarla idarə olunan mürəkkəb və çoxşaxəli sistemdir. Buna görə də mütəmadi mama-ginekoloq müayinəsi, ultrasəs və zəruri laborator müayinələr bir sıra xəstəliklərin erkən aşkarlanmasında mühüm rol oynayır.
Qadınlara ildə ən azı bir dəfə profilaktik müayinədən keçmək tövsiyə olunur. Bunun üçün ildə cəmi bir saat vaxt ayırmaq gələcəkdə ciddi sağlamlıq problemlərinin qarşısının alınmasına kömək edə bilər.
Aytac Əliyeva
Telegram kanalımız