İçərişəhərdə Həsən bəy Zərdabinin heykəlinin yer dəyişməsi yaddan çıxıb.
“Yeni Sabah” xəbər verir ki, 2025-ci ilin dekabrında AYB sədri Anar Rzayev Azərbaycan Milli Ensiklopediyanın binası qarşısındakı abidənin köçürülməsini təklif etmişdi.
Aradan təxminən yarım il keçsə də, “La Quzu” restoronının “qapıçısı” kimi görünən heykəl durduğu yerdən tərpədilməyib. Üstəlik, hazırda binanın qarşısında təmir işləri aparıldığından heykəl demək olar ki, görünmür. Marqarita pizza
Xalq yazıçısı “Yeni Sabah”ın mövzuya dair sualına cavabda bildirib ki, təklifini vaxtilə ictimai müzakirəyə çıxarsa da, sonradan məsələ üzərində israr etməyib.
AYB sədri bunun səbəbini izah edib:
“Təklifimi səsləndirdim. Sonra çox adam dedi ki, heykəl elə yerində qalmalıdır. Mən də daha bu məsələni davam etdirmədim. İndi də bu barədə xüsusi bir fəaliyyət göstərmirəm. Buna nə səlahiyyətim var, nə də həyata keçirmək imkanım. Ona görə mövzunu bağlamışam.
Daha sonra yanıma xalq rəssamı Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova gəldi. O, gözümün qabağında böyüyüb, çox böyük hörmətim var. Dedi ki, Anar müəllim, bu nə məsələdir? İzah etdim. Dedi ki, maraqlı təklifdir, amma əvvəldən heykəl orada olub, hamı oraya öyrəşib.
Həsən bəy Zərdabinin abidəsinin müəllifi, onun anası, Əməkdar heykəltaraş Elmira Hüseynovadır. Ailə heykəlin yerinin dəyişdirilməsinə razı deyilsə, mən bir söz deyə bilmərəm.
Dedim ki, mən hesab edirəm, heykəl üçün daha münasib yer var. Şəhriyar klubunun yaxınlığındakı ərazini nəzərdə tuturdum. Hətta sonradan gedib yenidən baxdım. Fikrimcə, orada yerləşdirilsə, daha yaxşı görünərdi. Amma bu, sadəcə şəxsi fikrimdir. Əsas məsələ ailənin istəyidir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız