Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana qarşı xuliqanlıq hərəkətləri ilə bağlı cinayət işi açıb.
''Yeni Sabah'' xəbər verir ki, bu barədə TASS-a İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
"İnformasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törədilməsi faktı üzrə cinayət işi başlanıb. Qeyd edək ki, zorakılığa açıq çağırışlar edilməsi faktı ilə bağlı başqa bir cinayət işi üzrə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan olunub", - deyə o bildirib. Dominos pizza
Xatırladaq ki, iyulun 28-də Paşinyanın həyat yoldaşı Anna Akopyan "Facebook" səhifəsində məişət zorakılığı mövzusunda paylaşımlar etdikdən sonra ünvanına təhdid xarakterli mesajlar gəldiyini açıqlamışdı.
Bununla yanaşı, yayılan skrinşotlardan görünür ki, şərhlərin müəllifləri təhqiramiz ifadələr işlətsələr də, Akopyanın həyatına birbaşa təhdid səsləndirməyiblər.
Telegram kanalımız