"Apple" texnologiya nəhəngi Avropa İttifaqı (Aİ) ərazisində fəaliyyət göstərən tətbiq tərtibatçıları üçün komissiya dərəcələrində dəyişiklik edib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, yeni şərtlərə əsasən, kənar platformalar vasitəsilə həyata keçirilən əməliyyatlara 5 %, tətbiqdaxili ödənişlərə isə 26 % komissiya haqqı tətbiq olunacaq. Addım Avropa Komissiyası ilə yaşanan anti-inhisar mübahisələrini nizamlamaq məqsədilə atılıb. Yenilik sayəsində proqram təminatçıları istifadəçilərə "Apple"ın rəsmi ödəniş mexanizmindən kənar alternativ almaq imkanları təqdim edə biləcəklər.
Oktyabrın 1-dən etibarən tətbiqinə başlanacaq yeni sistem rəqəmsal bazarda sağlam rəqabət mühitini genişləndirməklə yanaşı, azyaşlıların onlayn xərcləmələrinə nəzarəti də sərtləşdirəcək. Pepperoni pizza
Telegram kanalımız