İllərlə qurulan biznes bir gündə yoxa çıxır – Deputatdan çıxış yolu

saytların hazırlanması

Evə çatdırılma

İllərlə qurulan biznes bir gündə yoxa çıxır – Deputatdan çıxış yolu

İqtisadiyyat

27 Noyabr 2026 11:41 62


Milli Məclisin plenar iclasında çıxış edən deputat Razi Nurullayev inkişaf etmiş ölkələrin iqtisadiyyatında ailə bizneslərinin əsas sütunlardan biri olduğunu qeyd edərək, Azərbaycanda da bu sahənin inkişafı üçün xüsusi konsepsiyanın hazırlanmasını təklif edib.

"Yeni Sabah" xəbər verir ki, Almaniyanın məşhur "Mittelstand" şirkətləri, eləcə də Türkiyə, Cənubi Koreya və İtaliya təcrübəsini nümunə göstərən parlamentari Azərbaycanda da minlərlə ailənin kiçik ticarət, emalatxana, xidmət və kənd təsərrüfatı sahələrində çalışdığını bildirib. O, dövlət dəstəyi mexanizmi olan "ABAD" mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirərək, bu qurum vasitəsilə onlarla yerli ailə təsərrüfatının öz brendini yaratdığını və bazarda tanıtdığını diqqətə çatdırıb.

Ailə bizneslərinin əsas çətinliyinin başlanğıc və işlək kapital çatışmazlığı olduğunu vurğulayan R.Nurullayev ilk növbədə güzəştli kreditlərin və xüsusi maliyyə proqramlarının tətbiqini vacib sayıb. Deputat həmçinin bu subyektlərin rəqəmsallaşması, yaradıcı iqtisadiyyata inteqrasiyası və sərhədlərarası ticarətdə iştirakının asanlaşdırılmasının zəruriliyini qeyd edib. Sərfəli qiymətə məhsullar

Beynəlxalq praktikada ailə şirkətlərinin nəsildən-nəslə ötürülməsi üçün vergi və hüquqi güzəştlərin tətbiq olunduğunu xatırladan parlamentari ölkəmizdə də bu mexanizmin formalaşdırılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, bir çox hallarda təsisçi dünyasını dəyişdikdən sonra yaranan hüquqi və maliyyə çətinlikləri səbəbindən illərlə qurulan təsərrüfatlar fəaliyyətini dayandırır.

Çıxışının sonunda təlim və məsləhət xidmətlərinin genişləndirilməsinin önəminə toxunan R.Nurullayev güclü ailə biznesinin regionların inkişafına, məşğulluğun artmasına və əhalinin rayonlardan paytaxta axınının qarşısının alınmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!