''Apple'' ''iPhone'' 18 seriyasının təqdimatına hazırlaşdığı bir vaxtda yaddaş tədarükü ilə bağlı çətinliklə üzləşib.
"Yeni Sabah" xəbər verir ki, şirkət iPhone 18 seriyası və ''iPhone Ultra'' üçün lazım olan D-RAM yaddaşlarının tədarükünü artırmağa çalışır.
''Apple'' hazırda əsas tədarükçüsü "Micron"un LPDDR5X yaddaşlarına güvənir. Şirkət eyni zamanda istehsal tərəfdaşlarından sifarişləri sürətləndirmələrini istəyib. Marqarita pizza
Tədarük həcmini artırmaq istəyən ''Apple'' Çinli yaddaş istehsalçısı CXMT ilə də danışıqlar aparıb. Şirkət böyük həcmdə məhsul almaq qarşılığında endirim tələb edib.
Lakin CXMT ''Apple''ın bu təklifini qəbul etməyib. Məlumata görə, Çində süni intellekt laboratoriyaları və məlumat mərkəzlərinin yaddaşlara yüksək tələbat göstərməsi səbəbindən şirkət istehsal etdiyi məhsulların hamısını bazar qiymətinə sata bilir.
Çinli istehsalçının ''Apple''a xüsusi güzəşt etmək əvəzinə tam qiymət ödəyən yerli müştərilərə üstünlük verdiyi bildirilir.
Yaddaş çatışmazlığının gələn il daha da dərinləşəcəyi gözlənilir. Bu vəziyyətin yaddaş istehsalçılarının bazardakı mövqeyini və qiymətlərə təsir imkanlarını daha da gücləndirəcəyi proqnozlaşdırılır. CXMT-nin sərt mövqeyindən sonra ''Apple''ın yaddaşları standart bazar qiymətləri ilə almağa razı olub-olmadığı isə hələlik məlum deyil.
Əsmətxanım Rzazadə
Telegram kanalımız