"Apple"ın təqdim etməyə hazırlaşdığı qatlanan "iPhone Ultra" modeli ilə bağlı yeni məlumatlar yayılıb.
"Yeni Sabah" xəbər verir ki, rəsmi təqdimatdan əvvəl smartfonun batareya tutumu və batareya sistemi barədə məlumatlar sızdırılıb.
Etibarlı mənbə hesab olunan "Digital Chat Station Apple"ın batareya təchizatçısının tənzimləyici quruma təqdim etdiyi sənədi paylaşıb. pizza mizza
Sənəddə bildirilir ki, "iPhone Ultra" modelində 1921 mAh və 2962 mAh tutuma malik iki ayrı batareya hüceyrəsindən istifadə olunacaq. Bununla da cihazın ümumi batareya tutumu 4883 mAh təşkil edəcək.
Məlumata əsasən, yeni model iki hüceyrəli batareya sistemi ilə təchiz ediləcək.
Sızdırılan məlumatlarda iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin batareya tutumu da açıqlanıb.
Belə ki, eSIM dəstəyi olan iPhone 18 Pro modelinin 4 288 mAh, iPhone 18 Pro Max modelinin isə 5 567 mAh batareyaya sahib olacağı iddia edilir.
Qeyd edək ki, bütün bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb. "Apple"ın yeni cihazlarla bağlı bütün texniki xüsusiyyətləri sentyabr ayında keçiriləcək təqdimat mərasimində açıqlaması gözlənilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız