Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzatdı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzatdı

Dünya

26 Oktyabr 2026 22:57 74


Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin daha 90 gün - 2027-ci il yanvarın 29-dək uzadılması haqqında fərmanlar imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sənədlər Ukrayna Prezidentinin saytında dərc olunub.

Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki rejimin artıq 21-ci dəfə uzadılmasıdır. Dominos pizza

Hərbi vəziyyət dövründə 18-60 yaş arası hərbi vəzifəli kişilər yaşayış və ya olduğu yer üzrə hərbi qeydiyyatda olmalı və vahid dövlət reyestrində şəxsi məlumatlarını vaxtında yeniləməlidirlər.

Onlar həmçinin üzərlərində pasport və kağız və ya elektron formada hərbi qeydiyyat sənədi gəzdirməyə, eləcə də müəyyən edilmiş müddətlərdə ərazi komplektləşdirmə mərkəzlərinə və ya təlim mərkəzlərinə gəlməyə borcludurlar.

Sağlamlıq vəziyyətinə görə yararlı hesab edilən və möhlət üçün qanuni əsasları olmayan 25-60 yaş arası kişilər məcburi səfərbərliyə cəlb olunurlar.

18-25 yaş arası kişilər yalnız qanunla nəzərdə tutulan hallarda - əgər onlar ehtiyatda olan zabitdirlərsə və ya əvvəllər müddətli hərbi xidmət keçiblərsə, səfərbər oluna bilərlər. Digər hallarda onlar xidmətə könüllü daxil ola bilərlər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!