Aprel ayının pensiyaları ödənildi - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Aprel ayının pensiyaları ödənildi - Rəsmi

Sosial

16 Aprel 2022 15:54 554


Respublika üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb.

Bu barədə Yenisabah.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya ödənişini tam yekunlaşdırıb. Toyuqlu pizza

Aprelin 8-də Bakı və Sumqayıt şəhərləri,Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyalarının, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyaların ödənişi başa çatıb.

2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın II rüb üzrə ödəniləcək hissəsi (50 manat) da aprel ayının pensiyasının üzərinə əlavə olunub.Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!