ARB bu müğənniyə qadağa qoyub?

saytların hazırlanması

Evə çatdırılma

ARB bu müğənniyə qadağa qoyub?

Şou

30 İyun 2026 10:11 89


“Əziz dostlar, sənət fəaliyyətimə başladığım ilk gündən nə həmkarlarıma, nə dinləyicimə, nə də media nümayəndələrinə qarşı hörmətsizlik etmişəm. Həmişə keyfiyyətli işlərə fokuslanıb, musiqi və göz zövqünü korlamayan layihələrlə tamaşaçı qarşısına çıxmışam”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nuran bildirib.

O qeyd edib ki, ARB telekanalı ona qadağa qoyub: Pepperoni pizza

“Çox təəssüf ki, hər zaman dəvətlərinə və müsahibə təkliflərinə canla-başla razılıq verdiyim telekanallardan biri mənə qadağa qoyub. Özləri bunu təkzib etsələr də, son bir il ərzində vaxt ayırıb danışdığım heç bir müsahibə efirə verilməyib.

Başa düşə bilmirəm, belə bir qadağa varsa, əməkdaşlarınıza da bildirin ki, hansısa tədbirdə üz-üzə gələndə mikrofon uzatmasınlar. Yoxdursa, sözügedən materiallar niyə yayımlanmayıb? Hər bir halda haqsız yerə verilən bu qərarı gözdən keçirəcəklərini ümid edirəm. Peşəkar sənət üçün çalışmağın kifayət qədər çətin olduğu bir məqamda televiziyadan gördüyüm bu ögey münasibətin dəyişəcəyinə inanıram”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!