“ASB Bank” ASC 2026-cı ilin üçüncü rübünün yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bankın müştərilərə ayırdığı kreditlərin ümumi həcmi ötən ilin eyni dövründəki 301,89 milyon manatdan 30,7 faiz (92,78 milyon manat) artaraq 394,67 milyon manata yüksəlib. Kreditlərin strukturunda əsas pay özəl təsərrüfat cəmiyyətlərinin öhdəsinə düşüb və bu sektora ayrılan maliyyə vəsaiti 34 faiz artımla 356,47 milyon manat təşkil edib.
Ayrı-ayrı sahələr üzrə müqayisədə ən kəskin nisbi artım tikinti sektorunda qeydə alınıb. Belə ki, bu istiqamətə yönəldilən kreditlər 10 dəfəyə yaxın (900,2%) artaraq 1,9 milyon manatdan 19 milyon manata yaxınlaşıb. oxşar dinamika aqrar və sənaye sektorlarında da müşahid olunub; kənd təsərrüfatına ayrılan portfel 140,5 faiz yüksələrək 38,02 milyon manata, emal sənayesinə yatırılan vəsaitlər isə 94,6 faiz artımla 93,15 milyon manata çatıb. Ticarət obyektlərinin kreditləşməsi 5,4 faiz artaraq 185,64 milyon manat, digər qeyri-istehsal və xidmət sahələri 31,1 faiz artaraq 9,51 milyon manat, fərdlərin şəxsi və ailəvi ehtiyacları üçün ayrılan istehlak kreditləri isə 9,5 faiz artımla 35,95 milyon manat olub. pizza
Ümumi portfelin böyüməsinə baxmayaraq, bəzi istiqamətlərdə geriləmə yaşanıb. Nəqliyyat sektoruna verilən kreditlərin həcmi 35,2 faiz azalaraq 11,15 milyon manata düşüb, həmçinin hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlara ayrılan vəsaitlər 24,3 faiz kiçilərək 2,25 milyon manata enib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız