“Apple” şirkəti yeni iPhone Duo modelinə böyük tələbat olduğu üçün ABŞ-də bir müştərinin ala biləcəyi cihazların sayını məhdudlaşdırıb.
“Yeni Sabah” xəbər verir ki, şirkətin rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bir nəfər ən çox iki ədəd iPhone Duo ala bilər. Səbətə ikidən çox telefon əlavə edən müştərilərə sifarişi tamamlamaq üçün cihazların sayını ikiyə endirməli olduqları barədə xəbərdarlıq göstərilir. Bu məhdudiyyətin oktyabrın 16-da ilkin sifarişlər başlayan ilk saatlardan tətbiq edilib.
"Reddit" platformasında bəzi istifadəçilər dörd telefon ala bildiklərini yazıblar. Bununla belə, bir çox müştəri iki cihazdan artıq sifariş verə bilmədiklərini bildirib. Dördpendirli pizza
Şirkət daha əvvəl Çin, Sinqapur və Honkonqda da bir müştərinin ala biləcəyi cihazların sayının iki ilə məhdudlaşdırıldığını açıq şəkildə bildirmişdi. Lakin ABŞ-də bu qayda əvvəlcədən elan edilməyib. Məhdudiyyətin yalnız səbətə ikidən çox telefon əlavə edildikdə görünməsi diqqət çəkib.
"iPhone Duo" modelinə böyük maraq göstərilib. İlkin sifarişlər başlayan kimi təqdimat günü çatdırılması nəzərdə tutulan telefonların ehtiyatı cəmi bir neçə dəqiqəyə tükənib. Müştərilərin əksəriyyətinə telefonların noyabr və ya dekabr aylarında çatdırılacağı bildirilib. Bununla yanaşı, “Apple” şirkətinin daha əvvəl sifariş verən bəzi müştərilərin çatdırılma tarixini irəli çəkdiyi qeyd olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız