Sumqayıtda məşhur restoran borca görə satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda məşhur restoran borca görə satışa çıxarıldı

Sosial

23 Oktyabr 2026 17:34 92


Sumqayıtda yerləşən “İnci” restoranının əmlakı borca görə hərraca çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, Plat.az əldə etdiyi məlumata görə, 17-ci mikrorayon, Niyazi küçəsi, 20 ünvanında yerləşən əmlakın minimum satış qiyməti 646 min manat müəyyən edilib.

Əmlakın ilkin bazar qiyməti 760 min manatdır. Beləliklə, obyekt bazar dəyərindən 114 min manat və ya 15% aşağı qiymətə satışa çıxarılıb. Dominos pizza

Ümumi sahəsi 362,3 kvadratmetr olan birmərtəbəli obyekt 25 otaqdan ibarətdir. Orta təmirli əmlakın çıxarışı var. Torpaq sahəsi isə 1925 kvadratmetr təşkil edir.

Əmlak hazırda borclu tərəfindən istifadə olunur. Hərrac noyabrın 12-də keçiriləcək, beh məbləği isə 30 min manat müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!