“PAŞA Həyat Sığorta” ASC 2026-cı ilin III rübünə (30 sentyabr 2026-cı il tarixinə) olan maliyyə göstəricilərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabata əsasən, şirkət cari ilin ilk 9 ayını mənfəətlə yekunlaşdırıb. Hesabat dövründə “PAŞA Həyat Sığorta”nın ümumi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,36% və ya 123,3 milyon manat artaraq 651 milyon 154 min manata çatıb. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayının sonuna şirkətin gəlirləri 527 milyon 856 min manat təşkil edirdi.
Gəlirlərin strukturunda əsas pay sahibi olan əsas əməliyyat gəlirləri 7,15% artaraq 569,72 milyon manata, investisiya gəlirləri isə 4,31% artaraq 39,7 milyon manata yüksəlib. pizza sifarişi
Şirkətin ümumi xərcləri hesabat dövründə 25,75% artaraq 598 milyon 915 min manat olub (ötən ilin müvafiq dövründə: 476,26 milyon manat). Xərclərin artması əsasən əsas əməliyyat xərclərinin 432,18 milyon manatdan 553,71 milyon manata yüksəlməsi ilə bağlıdır. İşlərin aparılması xərcləri isə mülayim artım nümayiş etdirərək 45,03 milyon manata çatıb. Gəlir və xərclərin balanslaşdırılmasından sonra sığorta şirkətinin maliyyə mənfəəti 52,24 milyon manat təşkil edib. Şirkət dövlət büdcəsinə 11 milyon 92 min manat mənfəət vergisi ödəyib.
Nəticədə, “PAŞA Həyat Sığorta” 2026-cı ilin 3-cü rübünü 41 milyon 147 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,46% və ya 989,4 min manat çoxdur. (Ötən ilin müvafiq dövründə xalis mənfəət 40,16 milyon manat olmuşdu).
Cəlalə Cəlalqızı
Telegram kanalımız