“A-Qroup Sığorta”nın mənfəəti 23,4% azalıb

saytların hazırlanması

Evə çatdırılma

“A-Qroup Sığorta”nın mənfəəti 23,4% azalıb

İqtisadiyyat

23 Oktyabr 2026 17:28 80


“A-Qroup Sığorta” ASC 2026-cı ilin yanvar-sentyabr aylarını gəlirlərdə artım, lakin xalis mənfəətdə kəskin azalma ilə yekunlaşdırıb.

“Yeni Sabah” xəbər verir ki, cari ilin ilk 9 ayında şirkətin ümumi daxilolmaları illik müqayisədə 4,3% (697 min manat) çoxalaraq 16 milyon 802 min manata çatıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 16 milyon 105 min manat təşkil edirdi.

Şirkətin gəlir strukturuna  göz gəzdirdikdə, əsas əməliyyat daxilolmalarının 0,7% artımla 11 milyon 737 min manata yüksəldiyini görmək olar. Ən dinamik artım isə investisiya istiqamətində qeydə alınıb — bu gəlirlər 38,4% artaraq 950 min manata yüksəlib. Eyni zamanda, xalis sığorta ehtiyatlarının dəyişməsi göstəricisi 21,3% artaraq 3 milyon 880 min manata çatdığı halda, digər gəlirlər 58,6% azalaraq 235 min manata enib. pizza

Gəlirlərin yüksəlməsinə baxmayaraq, xərclərin daha sürətlə artması şirkətin son maliyyə nəticəsinə mənfi təsir göstərib. Şirkətin ümumi xərcləri illik 7,5% (1 milyon 85 min manat) artaraq 15 milyon 533 min manat olub. Bu artımda əsas payı 8,7% yüksələrək 11 milyon 412 min manata çatan əsas əməliyyat xərcləri və 9,4% artaraq 4 milyon 111 min manat təşkil edən işlərin aparılması xərcləri təşkil edib.

Nəticədə, xərclər dinamikasının gəlirləri üstələməsi səbəbindən “A-Qroup Sığorta”nın xalis mənfəəti ötən ilin müvafiq dövründəki 1 milyon 658 min manatdan 1 milyon 269 min manata düşüb. Beləliklə, sığorta şirkətinin mənfəətində illik müqayisədə 388 min manatlıq və ya 23,4%-lik azalma qeydə alınıb.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!