"Borussiya Dortmund" klubu stadionda matç həyəcanını daha canlı etmək və azarkeşlərin diqqətini oyunda saxlamaq məqsədilə fərqli bir layihəyə imza atır.
“Yeni Sabah” xəbər verir ki, Almaniya təmsilçisi "Vodafone" şirkəti ilə əməkdaşlıq çərçivəsində rəsmi mobil tətbiqinə yeni "Fan Mode" (Azarkeş rejimi) funksiyasını əlavə edib.
Yeni sistem vasitəsilə azarkeşlər matç zamanı telefonlarının ekranını kilidli saxladıqları hər dəqiqəyə görə xüsusi xallar toplayacaqlar. Qarşılaşma müddətində telefonu ələ almamaqla ən çox xal toplayan iştirakçılar xüsusi hədiyyələrə layiq görüləcəklər. Qaliblərə futbolçuların imzaladığı formalar və klubun rəsmi mağazası üçün hədiyyə kartları təqdim olunacaq. pizza hut
Bu addımın atılmasına səbəb "Vodafone"nin müntəzəm stadion ziyarətçiləri arasında apardığı araşdırmanın nəticələri olub. 1000 azarkeş arasında keçirilən sorğu zamanı məlum olub ki, respondentlərin 63 faizi oyunlar zamanı telefonlarından mütəmadi istifadə edir və diqqətlərini meydançaya tam yönəldə bilmir.
Yeni funksiya ilk dəfə oktyabrın 24-də "Eyntraxt Frankfurt" klubuna qarşı keçiriləcək ev oyununda sınaqdan çıxarılacaq. "Fan Mode" rejimi yalnız "Borussiya Dortmund"un Bundesliqadakı ev oyunlarında aktiv olacaq. Azarkeşlərin fasilə zamanı telefondan istifadə etməsinə icazə verilsə də, ikinci hissə başlamazdan əvvəl funksiya tətbiqdə yenidən aktivləşdirilməlidir.
Nazim Hacıyev
Telegram kanalımız